MƏDƏNİYYƏT
REJİSSOR MİKAYIL MİKAYILOVUN 100 İLLİYİ MÜNASİBƏTİLƏ
Azərbaycanın ilk kino xadimlərindən biri - rejissor, aktyor, əməkdar incəsənət xadimi, əməkdar artist Mikayıl Mikayılovun 100 illiyi münasibətilə dekabrın 9-da Nizami adına kinoteatrda onun “İsmət” bədii filmi nümayiş etdiriləcəkdir. Bunu AZƏRTAC-ın müxbirinə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsindən bildirmişlər.
Mikayıl Mikayılovun 1934-cü ildə çəkdiyi “İsmət” filminin gələn il 70 ili tamam olur. Bundan əlavə, rejissor və ssenariçi 1930-cu ildə “Lətif”, 1935-ci ildə “Altıncı hiss”, 1943-cü ildə “Bir ailə” (Q.Aleksandrov və R.Təhmasib ilə birgə), 1957-ci ildə “Mahnı belə yaranır” filmlərini də çəkmişdir. Rejissorun özü “Vulkanda ev”, “Kəndlilər”, “Bakıda küləklər əsir” və sair filmlərdə aktyor kimi də çəkilmişdir. M.Mikayılov bir sıra sənədli filmlərin də müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]