REGİONLAR
RESPUBLİKADA TAXIL BİÇİNİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Bakı, 10 avqust (AZƏRTAC). Respublikada taxıl biçini başa çatmaq üzrədir.
Artıq ölkə ərazisində 938,4 min hektar zəminin 70 faizdən çox hissəsi biçilmişdir. Hər hektardan orta hesabla 20,5 sentner məhsul götürülmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə biçilən taxıl sahələrinin və götürülən məhsulun həcmi az olsa da, proqnozlar qənaətbəxşdir. Bu il 2 milyon ton taxıl, eləcə də 1 milyon 300 min ton buğda istehsalı gözlənilir.
Qeyd edək ki, müəyyən günlərdə havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı işlərinin gedişinə mənfi təsir etmişdir. Leysan yağışları nəticəsində çayların daşması isə təsərrüfatlara müəyyən qədər ziyan vuraraq, bir sıra bölgələrdə məhsul itkisinə səbəb olmuşdur.
“Aqrolizinq” ASC-nin xətti ilə biçinə 236 yeni kombaynın cəlb edilməsi məhsulu vaxtında və itkisiz yığmağa imkan yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]