ELM VƏ TƏHSİL
RESPUBLİKADA TORPAQLARIN DEQRADASİYA VƏZİYYƏTİ İLK DƏFƏ OLARAQ ŞƏRH EDİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri tərəfindən hazırlanmış “Torpaq deqradasiyası” adlı metodiki tövsiyə “Elm” nəşriyyatında çapdan çıxmışdır.
İnstitutdan müxbirimizə bildirmişlər ki, əsasən alim və mütəxəssislər, təhsil işçiləri üçün nəzərdə tutulmuş metodiki tövsiyədə torpaq deqradasiyası haqqında ümumi məlumat verilmiş və respublikada torpaqların deqradasiya vəziyyəti ilk dəfə şərh olunmuşdur. Kitabçada model kimi Mil-Qarabağ düzünün, Abşeronun torpaq örtüyünün deqradasiyası səbəbləri, dərəcəsi və torpaq deqradasiyasına gətirib çıxaran amillərin aradan qaldırılması problemləri və digər məsələlər araşdırılmışdır.