RESPUBLİKANIN ŞƏHƏR VƏ RAYONLARINDA “ƏMƏK YARMARKALARI” DAVAM EDİR
AzerTAg.az
Respublikamızın şəhər və rayonlarında işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin edilməsi sahəsində mühüm tədbirlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən təşkil olunan “Əmək yarmarkarları”dır. İndiyədək bu yolla 31min nəfərdən artıq vətəndaş münasib işlə təmin edilmiş yüzlərlə adam peşə hazırlığı kurslarına və ödənişli ictimai işlərə cəlb olunmuşdur.
Baş Məşğulluq İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin may ayından başlayaraq, respublikanın 27 rayonunda keçirilən “Əmək yarmarkaları”nda 630 müəssisə və təşkilat 4911 boş iş yeri təklif etmişdir. Nəticədə 1305 vətəndaşa iş yerlərinə göndəriş verilmiş, 213 nəfər haqqı ödənilən ictimai işlərə, 160 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunmuşdur.
Növbəti yarmarkarlar avqust ayında Qusar, Tərtər, Lerik, Xaçmaz, Goranboy, Astara, Beyləqan, Lənkəran, Masallı və Neftçala rayonlarında keçirilmişdir. Yarmarkalarda Qusar rayonunda 34 nəfər, Tərtərdə 36 nəfər, Lerikdə 20 nəfər, Xaçmazda 41 nəfər, Goranboyda 21 nəfər, Astarada 26 nəfər, Beyləqanda 38 nəfər, Lənkəranda 64 nəfər, Masallıda 42 nəfər və Neftçalada 27 nəfər işaxtaran vətəndaş münasib iş yerlərinə göndəriş almış, 53 nəfər peşə hazırlığı kurslarına cəlb edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var