REGİONLAR


RESPUBLİKA ƏRAZİSİNDƏ HEYVAN MƏNŞƏLİ XƏSTƏLİKLƏRİN YAYILMA TƏHLÜKƏSİ YOXDUR

Respublika ərazisində dabaq, qara yara və bu kimi qorxulu heyvan mənşəli xəstəliklərin başvermə və yayılma təhlükəsi yoxdur. Kənd Təsərrüfatı Nazirliyi epizootiya əleyhinə ekspedisiyasının rəisi Rafiq Muradov müxbirimizə demişdir ki, son günlər Gürcüstan ərazisində bir nəfərin qara yara xəstəliyindən ölməsi barədə yayılan xəbər Azərbaycanın baytarlarını da narahat etmişdir. Respublika ərazisində, xüsusən də Gürcüstan və İranla sərhəd bölgələrdə təkrar yoxlamalar aparılmışdır. Vaxtında görülən profilaktik tədbirlər, vaksinasiya, təkrar laborator analizlər nəticəsində baş verə biləcək bütün xəstəliklərin törənməsinin qarşısını almaq mümkün olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.