Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

RESPUBLİKA SARAYINDA 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Müasir bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri – 8 Mart beynəlxalq qadınlar günü dünyanın hər yerində təntənəli surətdə qeyd edilir. 

Bəşəriyyətin tacı olan, cəmiyyətdə həmişə uca tutulmuş, müqəddəs varlıq sayılmış qadına xalqımız qədim zamanlardan hörmətlə yanaşmışdır. Dünya qadınları sırasında öz layiqli yerini tutmuş Azərbaycan qadını böyük inkişaf yolu keçərək qəhrəman övladlar böyütmüş, Vətənin, torpağın bölünməzliyi uğrunda kişilərlə birlikdə çiyin-çiyinə mübarizə aparmışlar. Müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurla fəaliyyət göstərən, yeni cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımız cəmiyyətimizdə daha fəal mövqe tuturlar.

Azərbaycan dövləti, respublikamızın Prezidenti Heydər Əliyev gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində qadınlarımızın əməyini yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin rəhbərinin bu barədə imzaladığı bir neçə mühüm Fərman və Sərəncam buna əyani sübutdur.

Martın 7-də Respublika sarayında Beynəlxalq qadınlar gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Salona toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi səmimi, hərarətli alqışlarla alqışladılar.

Mərasimi Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Dilruba Camalova açdı.

Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, “Sevil” Qadınlar Məclisi sədrinin müavini Zəhra Quliyeva məruzə etdi. O dedi:

- Möhtərəm cənab Prezident!

Əziz xanımlar!

Hörmətli cənablar!

Bahar nəfəsli belə gözəl bir gecədə hamınızı ürəkdən salamlayıram. Fürsətdən istifadə edərək, mərasimdə iştirak edən möhtərəm Prezidentimizə Azərbaycanımızın bütün qadınları adından uzun ömür, cansağlığı, Vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə çətin və şərəfli işində uğurlar arzulayıram.

Əziz qadınlar!

Sizi isə bu sevimli bayram – 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, səadət arzulayıram.

8 Mart biz qadınların ən çox sevdiyi bayramdır. Çünki baharın ilk ayına təsadüf edən bu gözəl gündə biz öz doğmalarımızdan, yaxınlarımızdan yalnız xoş sözlər, səmimi təbriklər eşidirik. Bu bayramı daha da bəzəyən isə xalqımızın sevimli oğlu, əziz Prezidentimiz Klivlenddən Vətənə təzəcə dönmüşdür. İşinin həddindən artıq çox olmasına baxmayaraq, bizim bayramımızda yenə iştirak edir. Buna görə biz də özümüzü xoşbəxt sanırıq. Bu gün mən bütün qadınların bir fikrini də çatdırmaq istəyirəm ki, biz – Azərbaycan qadınları ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü, xalqımızın xoşbəxt gələcəyi uğrunda mübarizədə möhtərəm Prezidentimizə yardımçı olmağa həmişə hazırıq.

Məruzəçi xatırlatdı ki, Azərbaycan qadını tarixən çox şərəfli bir yol keçmişdir. Lakin öz istedadını, bacarığını üzə çıxarmaq üçün o heç vaxt indiki qədər imkana malik olmamışdır. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadın çalışmasın. Azərbaycan qadınları ailədə ən qayğıkeş ana, xanım olmaqla bərabər, seçdikləri sənətlərin də zirvəsini fəth edir, siyasətdə öz sözünü deyirlər. 1995-ci ildə Qadınların IV Ümumdünya Pekin konfransı keçirildi. Respublikamızın adlı-sanlı qadınları bu mötəbər məclisdə Azərbaycan qadınlarını təmsil edirdilər. Həmin dövrdə Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv olunması” Konvensiyasına Prezidentimizin Fərmanı ilə respublikamız da qoşuldu.

Ancaq onu da deyim ki, bir çox hadisələri ilə yaddaşlara köçmüş XX əsr bizim qadınları çox sınaqlara çəkdi. Onların taleyinə şəhidlik, qaçqınlıq, didərginlik yazdı. Qadınlarımızın şəhid anası, şəhid bacısı, şəhidin dul qadını oldular. Gənc qızlarımız, qadınlarımız özləri şəhidliyə qovuşdular.

Natiq Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Prezident Fərmanının xüsusi əhəmiyyətini vurğuladı, müstəqil Azərbaycan qadınlarının ilk qurultayının Azərbaycan qadınlarının 1998-ci ilin sentyabrında keçirilmiş həyatındakı ən əlamətdar hadisələrdən biri olduğunu bildirdi.

Əlamətdar faktlardan biri budur ki, “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman BMT tərəfindən rəsmi sənəd kimi qəbul olunaraq, dövlətlərə göndərilmişdir. Dövlət Komitəsi Fərmanın yerlərdə icrasına necə həyata keçirilməsinə ciddi nəzarət edir. Bu məqsədlə respublikanın 35 rayonunda konfranslar keçirilmişdir. Rayonlardan alınan məlumatlar təhlil edilmişdir. Aydın olmuşdur ki, qadınların rəhbər vəzifələrə irəli çəkilməsi sahəsində müxtəlif tədbirlər görülür. Fərəhləndirici haldır ki, Gövhər xanım Baxşəliyeva Milli Məclis sədrinin müavini seçilmişdir. Lakin etiraf etməliyik ki, baş nazirin müavinləri içərisində qadın yoxdur.

Dövlət Komitəsi “Qadınlara münasibətdə ayrı-seçkilyin hər cür formasının ləğv olunması haqqında” konvensiya və Pekin konfransının qərarları əsasında “2000-2005-ci illər üçün Azərbaycan Respublikasında qadın problemlərinə dair” milli fəaliyyət planı” 6-da Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

2001-ci il martın 29-da “Azərbaycanlıların soyqırımı tarixi həqiqətlərin işığında” mövzusunda konfrans keçirilmiş, dünya ölkələrinin rəhbərlərinə müraçiət qəbul olunmuşdur.

Dövlət Komitəsinin sədri daha sonra dedi ki, Azərbaycanda sahibkar qadınların ehtiyaclarının müəyyən olunması üçün respublikanın 17 rayonundan olan sahibkar qadınların iştirakı ilə seminar keçirilmişdir. Seminarda dövlətin sahibkarlıqla bağlı siyasətindən, respublikada bu sahədə görülən işlərdən, sahibkar qadınların uğurlarından və problemlərindən söhbət getmişdir.

Dövlət Komitəsinin dəvəti ilə 2001-ci il iyunun 11-15-də Ümumçin

Qadınlar Federasiyasının nümayəndələri respublikamızda olmuş, qadın problemlərinin həlli sahəsində görülən işlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il 13 avqust tarixli bəyanatı ilə əlaqədar olaraq “Azərbaycan qadınları milli-mənəvi dəyərlərimizin keşiyində” mövzusunda konfrans keçirilmişdir.

Bakıda GUÖAM ölkələri qadınları forumunun keçirilməsi ölkəmizin həyatında əlamətdar hadisə olmuşdur. Forumun işində müxtəlif dövlət və qeyri-hökumət qadın təşkilatlarının təmsilçiləri, Milli Məclisin qadın deputatları Bakıdakı səfirliklərin, beynəlxalq qurumların nümayəndələri də iştirak etdilər. Tədbirin yekunlarına əsasən, GUÖAM ölkələri qadınlarının Əməkdaşlıq Forumunun yaradılmasına dair Bakı memorandumu imzalanmış, GUÖAM ölkələrinin dövlət başçılarına, dünyanın bütün qadın təşkilatlarına, BMT-nin baş katibinə, beynəlxalq təşkilatlara müraciət qəbul edilmişdir.

Qaçqın və məcburi köçkün qadınların vəziyyəti həmişə Komitənin diqqət mərkəzindədir. Onlala vaxtaşırı görüşlər keçirilir, problemləri öyrənilərək müvafiq dövlət orqanlarına çatdırılır.

Dövlət Komitəsi beynəlxalq əlaqələrini genişləndirir, BMT-nin müvafiq təşkilatları ilə yaxından əməkdaşlıq edir. 2001-ci ildə Azərbaycan BMT-nin qadınların vəziyyəti Komissiyasına dörd il müddətinə üzv seçilmişdir. Bu Komissiya qadınların hüquqlarının qorunmasında, gender siyasətinin həyata keçirilməsində, qadınların bütün sahələrdə vəziyyətinin yaxşılaşdırılmasında böyük rol oynayır və Birləşmiş Millətlər Təşkilatının strukturunda mühüm yer tutur. Komissiyanın 45-ci sessiyasında Azərbaycan ilk dəfə səlahiyyətli üzv kimi təmsil olunmuşdur. Azərbaycan nümayəndəsinin çıxışında respublika Prezidentinin verdiyi Fərmanların əhəmiyyəti vurğulanmış, qaçqın və məcburi köçkün qadın və uşaqların, xüsusən çadırlarda düyaya gəlmiş və sənədlərdə doğum yeri – “Qaçqın düşərgəsi” yazılmış minlərlə uşağın vəziyyəti öz əksini tapmışdır.

Məruzəçi bildirdi ki, bu gün ölkəmizin nümayəndəsi ”Azərbaycanda gender siyasəti, Pekin üstəgəl 5” yekun sənədi və Prezidentin Fərman və Sərəncamlarının həyata keçirilməsi haqqında” məruzə ilə çıxış edir, Azərbaycan qadınlarının problemlərini, qaçqınlarımızın, köçkünlərimizin ağır vəziyyətini, Xocalı soyqırımını BMT tribunasından dünyaya bəyan edir.

Natiq daha sonra dedi : Dövlət Komitəsi qadınlarımızın problemlərinin həll olunması üçün əlindən gələni əsirgəmir. Vaxtilə yalnız öz ailəsi çərçivəsində tanınan, zərif çiyinlərində bir ailənin yükünü çəkən Azərbaycan qadınının səsi indi çox uzaqlardan gəlir. Bu gün Azərbaycan qadını dünyanın ən mədəni, intellektual qadınlarının önündə gedir.

Mən möhtərəm Prezidentimizin qadınlarımız haqqında söylədiklərini xatırlatmaq istəyirəm: “Qadınlara bundan sonra da qayğı göstərmək bizim vəzifəmiz, borcumuzdur. Azərbaycan Konstitusiyası qadınların hüquqları haqqında bütün bəşər mədəniyyətinin əldə etdiyi nailiyyətləri özündə əks etdiribdir. Biz bu gün fəxr edirik ki, Azərbaycan qadınının, ölkəmizdə qadınların cəmiyyətdə yeri və mövqeyi bir çox başqa ölkələrdəkindən çox-çox üstündür.

Fransız yazıçısı Lui Araqon deyibdir ki, qadın həyatın, bəşəriyyətin gələcəyidir. Həqiqətən belədir. Qadınsız nə bu gün var, qadınsız nə həyat var, qadınsız gələcək də ola bilməz. Qadınlar bizim gələcəyimizdir. Mən Azərbaycan qadınının bir keyfiyyətini də qeyd etmək istəyirəm. O da bizim qadınlarımızın gözəlliyidir.

Mən dünyanın çox yerini gəzmişəm, qadınları görmüşəm. Fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir. Bunu sizə xoş gəlmək üçün demirəm. Bu, mənim həqiqi fikirimdir və mən bütün dünya qadınlarını görəndən sonra bu fikrə gəlmişəm. Ona görə də mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiymətləndirin, qadınları sevin, heç yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz”.

Çox xoşdur ki, Prezidentimizin diqqətini, qayğısını həmişə öz üzərimizdə hiss edirik və qürurla deyirik ki, bu qayğı ölkəmizin sərhədlərindən kənarda da təsirini göstərir. Bunu xarici ölkələrdə dəfələrlə hiss etmişik. Müxtəlif dövlətlərin nümayəndələri bizimlə görüşlərində belə bir Prezidentimiz olduğuna görə həsəd apardıqlarını dəfələrlə söyləyiblər. Doğrudan da bu bir faktdır ki, Heydər Əliyevin böyük şəxsiyyəti, diplomatiyası, xarici və daxili siyasəti nəticəsində Azərbaycan dünyanın hər yerində tanınır.

Hörmətli qadınlar, bu gözəl bayram mərasimində sizi bir daha ürəkdən təbrik edir, layiq olduğunuz ən böyük xoşbəxtlik arzulayıram.

X X X

Sonra diplomatik korpusun duayeni, Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenkoya söz verildi.

Səfir mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Ukrayna Prezidenti Leonid Kuçmanın, bütün Ukrayna xalqının ən səmimi arzularını yetirdi, ona cansağlığı, uzun ömür dilədi. B.Aleksenko Ukrayna Prezidenti, Ukrayna qadınları və respublikamızda akkreditə olunmuş diplomatik korpus adından bütün Azərbaycan qadınlarını 8 Mart bayramı münasibəti ilə təbrik etdi.

Səfir dedi ki, Azərbaycanda qadınlara həmişə böyük məhəbbət və hörmətlə yanaşmışlar və yanaşırlar. Heydər Əliyev yenidən rəhbərliyə qayıtdıqdan sonra isə qadınların hüquq bərabərliyi üçün, cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin möhkəmlənməsi üçün xüsusilə çox iş görülmüşdür və görülür. Azərbaycan qadınları dövlət hakimiyyəti və idarəetmə orqanlarında, elmi tədqiqat və təhsil müəssisələrində, sənayedə, neft mədənlərində və xidmət sahəsində, müalicə ocaqlarında, ictimai-siyasi həyatın bütün sahələrində uğurla çalışırlar. Onlar həm də uşaqların tərbiyəsi, ailələrin qorunub saxlanması üçün çox işlər görürlər.

Ukrayna səfiri bütün dünyada məhşur olan Azərbaycan qadınlarının - Natəvanın, İzzət Orucovanın, Zərifə Əliyevanın, Şəfiqə Axundovanın, Nigar Rəfibəylinin, Şamama Həsənovanın, Zeynəb Xanlarovanın, Fidan və Xuraman Qasımova bacılarının, Əzizə Cəfərzadənin, Asya Manafovanın və bir çox başqalarının adlarını cəkdi.

Boriş Aleksenko respublikamızda akkreditə olunmuş diplomatik korpusun adından bildirdi ki, diplomatik işçilər Azərbaycan torpağında sülhün və əmin-amanlığın bərqərar olması üçün, ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaradılması üçün, Ermənistan-Azərbaycan münaqişəsinin mümkün qədər tezliklə sülh yolu ilə və ədalətlə həlli üçün səy göstərirlər.

Səfir dedi: Biz olduğumuz ölkənin daxili işlərinə qarışmadan, dövlətinizin rəhbərliyinin cəmiyyətdə demokratik prosesləri genişləndirmək və dərinləşdirmək, Azərbaycan Respublikasının dövlət müstəqilliyini möhkəmləndirmək, ölkənin iqtisadiyyatını inkişaf etdirmək və xalqın rifahını yüksəltmək səylərini dəstəkləyirik və dəsdəkləyəcəyik.

X X X

Azərbaycanın tanınmış şairi Nəriman Həsənzadə ölkəmizin qadınlarını bayram münasibətilə ürəkdən təbrik etdi, onlara göstərdiyi diqqət və qayğıya görə Prezident Heydər Əliyevə təşəkkürünü bildirdi. Sonra o, gözəl insan, əsl Azərbaycan qadını mərhum akademik Zərifə xanıma həsr etdiyi “Əbədiyyət” şerini oxudu:

Sükuta qərq olub muzey qəbristan,

Heykəllər, türbələr durur yan-yana.

Daim yaraşıqdır torpağa insan,

Burda, qəbirdə də, sağlığında da.

Düyün var hələ də açan olmayıb,

Dünya günahkardı deyən görmədim.

Suyu axıracan içən olmayıb,

Çörəyi doyunca yeyən görmədim.

Budur Nazim Hikmət, son mənzilində,

Çoxdan görüşmürdük, ay ustad salam.

Daşla danışıram insan dilində,

Dünən o canlıydı, bu gün mən daşam.

Budur təbiətin sonu, əzəli,

Bitir bir ömrün güzarı harda.

Yatır eldən uzaq bir el gözəli,

Beşiyi hardaydı, məzarı harda.

Bu necə dibçəkdi, bu necə çiçək,

Torpaqda gül bitib, torpaqdan ayrı.

Meyvəni gün vurar, yarpağı külək,

Bağdan uzaq düşsə, bir bağban ayrı.

Gözü yolda qaldı doğma ellərin,

O, şəfa paylayan loğman qızıydı.

O, bizim ən böyük vətənpərvərin,

Dünyada yeganə bir dünyasıydı.

O, yüksək kürsüdən nitq eləyəndə,

O, yerdə eşq ilə alqışlayardı.

Xalqın şərəfinə o, söz deyəndə,

Bu ona səadət bağışlayardı.

Özü oxuyardı öz aləmində,

Şerini, sözünü doğma diyarın.

Heç vaxt onun-bunun zəmanətilə,

Qəlbinə dəyməzdi bir sənətkarın.

Dağlıq Qarabağda şer məclisi,

Vaqif günləriydi, başqaydı dağlar.

Mən də şer dedim, sevirdi bizi,

Özü tanıyırdı, tanıtmırdılar.

Uca ikən hər qəlbə hörmətlə enmək,

Ürəyin ürəyə səyahətiymiş.

Mən onda bildim ki, sevmək, sevilmək,

İnsanın ən ali təbiətiymiş.

Gör kimi itirdin ey ulu dostum,

Axtar indən belə qışda, baharda.

Bir dünya tapmışdın, taleyin onu,

Bir qarış torpağa dəyişdi, harda.

Gedəni saxlamaq olsaydı mümkün,

Bir el yeriyərdi bəlkə də o gün.

Məlhəmi olsaydı gül-çiçək ətri,

Çəmənlər dil açar, yoxdu deməzdi.

Ürək istəsəydin səndən ötəri,

Heç kəs ürəyini əsirgəməzdi.

Su gərək olsaydı Arazdan, Kürdən,

Araz, Kür o səmtə axardı hökmən.

Od gərək olsaydı, günəşdən əgər,

Töhfə gətirərdi günəşi ellər.

O yatır qoynunda əbədiyyətin,

Məzarı torpaqdı, torpağı məzar.

Eşqi ürəyində yaşayır sənin,

Bir eşqi bir ürək yüz il yaşadar.

Yanında olmadım ağır günündə,

O qəm müqəddəsdir, sonsuzdur o qəm.

Yalnız eşq önündə, torpaq önündə,

Əyilən o başa, mən baş əyirəm!

X X X

Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının, gənc ifaçıların iştirakı ilə böyük bayram konserti oldu, dövlətimizin başçısı Heydər Əliyevin qadınlarımıza göstərdiyi diqqət və qayğıdan, keçirilən tədbirlərdə iştirakından bəhs edən kinolentlər nümayiş etdirildi.

X X X

Prezident HEYDƏR ƏLİYEV mərasim başa çatdıqdan sonra səhnə arxasına gələrək incəsənət ustaları ilə görüşdü, onlara müraciətlə dedi:

- Sizi qadınlar bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət və bütün işlərinizdə, yaradıcılığınızda uğurlar arzulayıram.

Bu gün çox gözəl konsert verdiniz. Azərbaycan incəsənət ustalarının nə qədər böyük səviyyədə olduqlarını bir daha nümayiş etdirdiniz. Çox sağ olun, hamınıza təşəkkür edirəm.

Gözəl qadınlarsınız. Mən dəfələrlə demişəm ki, Azərbaycan qadınları ən gözəl qadınlardılar. Bunu bu gün bir daha gördük. Sizə təşəkkür edirəm. Sağ olun.

X X X

Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, parlamentin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və onların xanımları, paytaxt ictimaiyyətinin nümayəndələri mərasimdə iştirak edirdilər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir