SİYASƏT


RF XİN: Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir

Moskva, 30 iyul, AZƏRTAC

Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti rəhbərinin müavini Aleksey Zaytsev bu fikri Moskvada brifinqdə söyləyib.

A.Zaytsev TASS agentliyinin Azərbaycanın Türkiyə ilə birgə, o cümlədən Ermənistanla sərhəddə hərbi təlimlər keçirmək niyyəti barədə sualı cavablandıraraq vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq barədə sazişə uyğun olaraq, iyulun 29-dan avqustun 10-dək Azərbaycan ərazisində əvvəlcədən planlaşdırılmış birgə təlimlər keçirilir.

RF XİN-in rəsmi nümayəndəsi deyib: “Təbii ki, xüsusən bu günlərdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş münaqişə nəzərə alınmaqla regionda vəziyyəti çox diqqətlə izləyirik və bütün tərəfləri, o cümlədən onların cari hərbi fəaliyyətində təmkinli olmağa təkidlə çağırırıq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.