CƏMİYYƏT


RİİB-in dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında uşaqların tibbi müayinəsi üzrə "açıq qapı" günü keçiriləcək

Bakı, 22 avqust, AZƏRTAC 

Avqustun 26-da Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə xəstəxananın kardioloji poliklinika şöbəsində saat 9:00-dan 16:00-dək uşaqların ümumi müayinəsi üzrə ümumrespublika “açıq qapı” günü keçiriləcək.

Fonddan AZƏRTAC-a bildiriblər ki, qeyd olunan tarixdə xəstəxananın yüksəkixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan uşaqlar ödənişsiz müayinələrdən keçiriləcək və nəticələrdən asılı olaraq müalicə kursu təyin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.