CƏMİYYƏT
RİMM-də gənc rəssamların sərgisi açılıb













Bakı, 2 iyun, AZƏRTAC
Bakıdakı Rus evində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş rəsm sərgisi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, sərgidə “Creative TK Kids”in gənc rəssamları iştirak ediblər.
Sərgi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsü Nərmin Hümbətova və “Creativе TK”nın direktoru Şəbnəm Əsgərovanın təşəbbüsü ilə təşkil olunub.
İştirakçılar diplomlarla təltif ediliblər.
Bundan başqa, “Debüt” uşaq teatrı və “Desperado” musiqi məktəbinin RİMM və 2 saylı uşaq bağçasının dəstəyi ilə hazırladıqları şənlikdə tamaşa və musiqi-rəqs nömrələri, peşəkar animator və “face-art” rəssamlarının iştirakı ilə maraqlı əyləncə təqdim olunub.