ELM VƏ TƏHSİL


RİMM-də rus dilinin tədrisinin optimallaşdırılmasının bəzi məsələləri ilə bağlı seminar keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Bakıdakı Rus Evinin Rus Dili Tədris-Metodik Mərkəzinin (RİMM) bazasında “Ana dili olmayanlar üçün rus dilinin tədrisinin optimallaşdırılmasının bəzi məsələləri. Dilləri öyrətmək və öyrənmək sənəti və elmi” mövzusunda seminar keçirilib.

RİMM-dən AZƏRTAC-a verilən məlumata görə, seminarda rus dili müəllimləri - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodisti, Bakı şəhəri 238 saylı məktəbin rus dili müəllimi Dilbər Məmmədova, Bakı şəhəri 36 saylı məktəbin müəllimi Solmaz Hüseynova, xaricdə ən yaxşı ədəbiyyat müəllimi, Bakı Slavyan Universitetinin "Məktəb-lisey" tədris kompleksinin müəllimi Naibə Kərimli, rus dili müəllimləri üçün XIX beynəlxalq Puşkin müsabiqəsinin qalibi, Bakı şəhəri 124 saylı məktəbin müəllimi Gülçöhrə İbrahimova çıxış ediblər.

Çıxışlara qeyd olunub ki, rus dilinin xarici dil kimi öyrənilməsi tələbələrdə düşüncələrini rus dilində ifadə edə bilmək mexanizmi haqqında anlayışın formalaşmasını nəzərdə tutur. İdrak fəaliyyəti və dilə maraq dərslərdə əyani vəsaitlərdən, oyun tapşırıqlarından istifadə və fiziki fəallıqla inkişaf edir. Bu, bir çox cəhətdən dili öyrənmək üçün motivasiyanı stimullaşdıran və artıran, mədəni və dil mühitində sürətli uyğunlaşmaya kömək edən müsbət duyğulara səbəb olur.

Vurğulanıb ki, məktəblilərin mədəni səriştəsini əsasən Rusiyanın maddi mədəniyyəti ilə tanışlığı formalaşdırır: oyunlar və oyuncaqlar, uşaq şeirləri, mahnılar, nağıllar, cizgi filmləri. Nümunə olaraq müəllifləri metodiki seminarın iştirakçıları olan 5-ci sinif dərsliyi təqdim edilib. Hazırda 6-cı sinif dərsliyi hazırlanır və onun məzmunu fəal şəkildə müzakirə edilir.

Seminarın sonunda Azərbaycanın Rus Dilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.