İQTİSADİYYAT
ROMA PAPASI ABŞ PREZİDENTİNİ İRAQDA VƏZİYYƏTİ NİZAMA SALMAĞA ÇAĞIRMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Roma Papası II İoann Pavel iyunun 4-də ABŞ Prezidenti Corc Buşu İraqda vəziyyəti mümkün qədər tez normallaşdırmağa çağırmışdır. O, Ağ evin sahibini Apostol sarayında qəbul edərək demişdir ki, Buşun Apennin yarımadasına səfəri Yaxın Şərqdə - həm İraqda, həm də Müqəddəs torpaqda vəziyyətin kəskinləşdiyi bir vaxtda həyata keçirilir.
Roma Papası onu da bildirmişdir ki, son həftələr hamının ictimai və dini şüurunu sarsıdan və ümumi dəyərlər haqqında təsəvvürləri təhrif edən təəssüfləndirici hadisələr baş vermişdir. O demişdir: “Belə vəziyyətdə nə müharibədə qalib gəlmək, nə də terrorizmə son qoymaq mümkündür”.
ABŞ Prezidenti Roma Papasına Amerikanın mülki şəxsə verilən ən yüksək mükafatını - “Azadlıq medalı”nı təqdim etmişdir.