SİYASƏT
ROMA PAPASI AZƏRBAYCAN BƏSTƏKARINI MEDALLAR TƏLTİF ETMİŞDİR
Azərbaycan bəstəkarı Azər Dadaşov dini mövzuda bəstələdiyi dörd əsərin də müəllifi kimi tanınır. Onlardan “Şükürlər olsun sənə” əsərini xüsusi vurğulamaq lazımdır. Müəllif məhz bu əsərinə görə Roma Papasının medalına layiq görülmüşdür...
Azər Dadaşovda musiqiyə və incəsənətə məhəbbət hələ yeniyetmə dövründə özünü büruzə vermiş və o, 17 yaşında ikən bir neçə musiqi əsəri – simfoniyalar, uvertüralar, süitalar bəstələmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilmiş, burada dahi bəstəkar Qara Qarayevlə tanış olmuşdur. Bu görüş gənc bəstəkarın peşəkar kimi püxtələşməsinə, yaradıcılığının inkişafına təkan vermişdir. Bu gün 56 yaşlı Azər Dadaşov 10 simfoniyanın, uşaqlar üçün çoxsaylı musiqi əsərlərinin müəllifidir. O, 17-dən artıq bədii və sənədli filmə, cizgi filminə musiqi yazmışdır. Əsərlərinin əksəriyyətini Məhəmməd Füzulinin, Nazim Hikmətin, Fikrət Qocanın və başqa şairlərin şerləri əsasında yaratmışdır. Ötən il bəstəkarın üç əsəri ilk dəfə ifa edilmişdir. “Ana yurd” kantatası dünya azərbaycanlılarının qurultayında, “Ey xalq, yaşa” əsəri isə Bəstəkarlar İttifaqının plenumunda səslənmişdir. 10 nömrəli simfoniyaya görə isə bəstəkar “Humay” mükafatına layiq görülmüşdür.
Roma Papasının medalının pul mükafatı da var. Lakin bəstəkar dini mövzuda musiqiyə görə pul almağı günah sayaraq, ondan imtina etmişdir.