SİYASƏT
ROMA PAPASI II İOANN PAVELİN 83 YAŞI TAMAM OLMUŞDUR
Assoşieyted Press Agentliyindən verilən xəbərdə bildirilir ki, mayın 18-də Roma papası II İoann Pavelin 83 yaşı tamam olmuşdur. Papa ad gününü Vatikandakı Müqəddəs Pyotr meydanında təntənəli ibadət mərasimi keçirməklə qeyd etmişdir.
Xəbərdə daha sonra deyilir ki, 2003-cü il oktyabrın 16-da II İoann Pavelin Roma katolik kilsəsinə rəhbərlik etməyə başlamasının 25 ili tamam olacaqdır. Son illər Papanın səhhəti pisləşmişdir. Vatikanın rəhbərliyi rəsmi bəyan etmişdir ki, o, parkinson xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq, II İoann Pavel bütün dünyada dini fəaliyyətini fasiləsiz olaraq davam etdirir. Bu ilin iyun ayında onun Xorvatiyaya səfəri planlaşdırılmışdır. Bu, Roma papasının xarici ölkələrə yüzüncü səfəri olacaqdır.