SİYASƏT
ROMA PAPASI II İOANN PAVEL AZƏRBAYCANA VƏ BOLQARISTANA SƏFƏRİNƏ XÜSUSİ ƏHƏMİYYƏT VERİR
İTAR-TASS-ın yaydığı xəbərə görə, Roma Papası II İoann Pavel əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan və əsasən pravoslavlardan ibarət olan Bolqarıstan kimi dini baxımdan tamamilə müxtəlif ölkələrə səfərinə xüsusi əhəmiyyət verir. Bunu pontifiki müşayət edən jurnalistlərə Vatikanın mətbuat xidmətinin rəhbəri Xoakkin Navarro Vals bildirmişdir.
O demişdir ki, papanın bu dəfəki ziyarətinin marşrutu Qafqaz və Balkan kimi narahat bölğələrdən keçir. Papanın mətbuat katibi bildirmişdir ki, Roma katolik kilsəsi başçısının fikrincə, müxtəlif xalqlar və dini təriqətlər arasında təmas nöqtələri tapmağa indi həmişəkindən daha artıq dərəcədə xüsusi zərurət vardır.