ROMA PAPASI MONOTEİSTLƏRİ QARŞILIQLI FƏALİYYƏTƏ ÇAĞIRIR
AzerTAg.az
AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri xəbər verir ki, Roma Papası II İoann Pavel Vatikandan yəhudilərə, xristianlara və müsəlmanlara müraciət edərək, onları ədavət və qarşıdurmalardan əl çəkməyə, dünyamızın daha sonsuz müharibələr və münaqişələr dünyası olmaması üçün birgə işləməyə çağırmışdır. O demişdir: “Yəhudilər, xristianlar və müsəlmanlar arasında qarşılıqlı münasibətlərin tarixində nurlu dövrlər olduğu kimi, təəssüflər ki, qara səhifələr də olmuşdur, bu tarixə qanqaraldıcı səhifələr də yazılmışdır”.
Roma Papası bu müraciətlə dinlərarası barışıq naminə Vatikanda verilmiş konsert başlanmazdan əvvəl çıxış etmişdir. Romanın sabiq ravvini Elio Toaff və Roma imamı Əbdülvahab Hüseyn Qomaa da konsertdə olmuşlar.
Papa II İoann Pavel bəyan etmişdir: “Bir olan Tanrıya inanan insanlar arasında, sözün əsl mənasında, səmimi barışıq və sülh, qarşılıqlı anlaşma olması üçün biz yalnız birlikdə güclü səy göstərməliyik”.
Xəbərin mətnində orfoqrafik səhv var