DÜNYA


RONALD REYQAN KALİFORNİYA ŞTATINDA DƏFN EDİLƏCƏKDİR

İTAR-TASS Agentliyindən AZƏRTAC-a daxil olan xəbərə görə, şənbə günü yerli vaxtla saat 1-də vəfat edən ABŞ-ın sabiq prezidenti Ronald Reyqanla vidalaşma mərasimi Vaşinqton və Simi-Velli şəhərlərində keçiriləcəkdir.

“Böyük amerikalı vəfat etmişdir”. Bu sözləri ABŞ-ın prezidenti Corc Buş R.Reyqan haqqında demişdir. C.Buş telefonla mərhumun dul qalmış arvadı Nensi Reyqana bütün millət adından dərin hüznlə başsağlığı vermişdir.

C.Buş ABŞ-ın dünyasını dəyişən 40-cı prezidenti barədə, həmçinin demişdir ki, o, özündən sonra bərpa etdiyi bir ölkəni və xilas etdiyi sülhü qoyub gedir. Reyqanın prezident olduğu müddətdə Amerika narazılıqlar və şübhələr erasına son qoymuşdur. İndi onunla vidalaşırıq və ona öz dərin minnətdarlığımızı bildiririk.

Reyqanın vida mərasimi bazar ertəsi onun Simi-Velli şəhərindəki Memorial kitabxanasında, sonra isə ABŞ konqresinin binasında olacaqdır. Ronald Reyqan cümə axşamı Simi Vellidə torpağa tapşırılacaqdır.

Xatırladaq ki, dövlət başçısı ilə son vida mərasimi 1973-cü ildə - ABŞ-ın 36-cı prezidenti Lindon Conson dəfn edilərkən Vaşinqtonda keçirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.