“ROSSİYANE” FONDU MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Moskva merinin məsləhətçisi, Fondun icraçı direktoru Vitaliy Skrinnik “Rossiyane” Fondunun strukturu və fəaliyyəti barədə jurnalistlərə məlumat vermişdir. O demişdir ki, Rusiya Federasiyası hökumətinin ”Həmvətənlər haqqında” qanununda Fonda üzv olan və Rusiyanı təmsil edən bütün xalqların nümayəndələrinin bərəbər hüququ təmin olunur. Fonda hazırda 43 ölkə daxil olub, 12-si də bu məqsədlə ərizə verib. “Rossiyane” Fondunun artıq Riqada və Bakıda da filialları açılmışdır.
Natiq bildirmişdir ki, iyunun əvvəllərində Bakıda Fondun səyyar iclası keçiriləcək. Nazirlərin, orta və xırda sahibkarların daxil olduğu nümayəndə heyəti ilə birgə iclasda bizneslə bağlı bir sıra maliyyə məsələlərinin müzakirə ediləcəyi, həm də müqavilələrin imzalanacağı gözlənilir. Moskvada yaşayan bir milyona yaxın azərbaycanlı Pusiyada orta və xırda sahibkarlığın inkişafında mühüm rol oynayır. Artıq 2002-2005-ci illər üçün kompleks proqram hazırlanmış və Fonda yardım məqsədilə yarım milyard rubl vəsait ayrılmışdır.
Sonra natiq Fondun fəaliyyət proqramına daxil olan başqa məsələlərdən- veteranlalra yardım, tibbi kömək, Rusiyanın ali məktəblərində təhsil almaq istəyən gənclər üçün yaradılacaq şəraitdən söz açmışdır.
Axirda çoxsaylı suallara cavab verilmişdir.