Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:

Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 7 iyun 2022

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin