SİYASƏT
RUSİYADA AZƏRBAYCANDİLLİ MƏTBUAT UĞURLA İNKİŞAF EDİR
Rusiya Federasiyasında azərbaycandilli mətbuat uğurla inkişaf edir. Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti Araz Ağalarov bildirmişdir.
A.Ağalarovun sözlərinə görə, Rusiyadakı Azərbaycan diasporu indi 50-dən çox qəzet və jurnal buraxır. Onların arasında “Azerbaydjanskiy konqres”, “Millətin səsi”, “Millətin qəzeti” və “Azərbaycan” kimi nəşrlər xüsusilə populyardır.
ÜAK-ın vitse-prezidenti ilk milli “İnter-Azərbaycan” telekanalının RF-də yayımlanmasının xüsusi əhəmiyyətini vurğulamışdır. Bu kanalın verilişləri Moskvada və Moskva vilayətində translyasiya olunur. O demişdir ki, yaxın vaxtlarda kanalın translyasiyasının dairəsini genişləndirmək nəzərdə tutulmuşdur.