DÜNYA
RUSİYADA CİNAYƏTLƏRİN YARISINDAN ÇOXUNUN ÜSTÜ AÇILMIR
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, 2006-cı ildə Rusiyada cinayətlərin 50 faizindən çoxunun üstü açılmamışdır. Bunu Rusiyanın Baş prokuroru Yuri Çayka Federasiya Şurasında ölkədə asayişin vəziyyəti ilə bağlı hesabatında bildirmişdir. Onun fikrincə, bu, qanunvericiliyin mükəmməl olmaması ilə əlaqədardır.
Baş Prokurorluğun məlumatına görə, ötən il 3,8 milyon cinayət qeydə alınmışdır, bu, 2005-ci illə müqayisədə 8,5 faiz çoxdur. Çayka demişdir ki, bəzi regionlarda, məsələn, Penza vilayətində, Primorye və Krasnodar diyarlarında cinayətkarlıq üçdəbir qədər artmışdır.
Ötən il Rusiyada 263 ekstremist xarakterli cinayət qeydə alınmışdır. Bu isə 2005-ci ilə nisbətən 2 dəfə çoxdur. Bu meyilə təsir edən səbəblər arasında mülkiyyət bərabərsizliyi və bir çox gənclər üçün sosial perspektivlərin olmaması kimi amillər də var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]