RUSİYADA ELEKTRON ÇİPƏ DAXİL EDİLMİŞ MƏLUMATLAR OLAN XARİCİ PASPORTLAR VERİLƏCƏKDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2006-cı ilin yanvarından Rusiyada elektron çipə daxil edilmiş məlumatlar olan xarici pasportlar veriləcəkdir.

Rusiya hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, baş nazir Mixail Fradkov ümumi, xidməti və diplomatik xarici pasportların zahiri görünüşünü və məzmununu müəyyən edən qərar imzalamışdır. Rusiyanın yeni xarici pasportlarını fərqləndirən cəhət ondan ibarətdir ki, pasportun sahibi haqqında bütün məlumatlar sənədin səhifələrindən birinə birləşdirilən elektron çipdə yerləşdiriləcək, fotoşəkil isə rəqəmli fotoaparatla çəkiləcəkdir.

Qərarda bildirilir ki, yanvarın 1-dən həm yeni, həm də köhnə nümunəli pasportlar veriləcək və onlar 5 il qüvvədə olacaqdır. 2006-cı ilin yanvarınadək verilmiş pasportlar bütün müddət ərzində həqiqi sayılacaq və müəyyən müddət hər iki növ pasportlar paralel işlənəcəkdir.

Gələcəkdə tədricən elektron çipli xarici pasportlara keçilməsi nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.