DÜNYA
RUSİYADA SEÇKİLƏR YÜKSƏK FƏALLIQLA KEÇİR
AZƏRTAC-ın Moskvadakı xüsusi müxbiri Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına istinadla xəbər verir ki, 4-cü çağırış Dövlət Dumasına seçkilər yüksək fəallıqla keçir və ölkənin bir çox bölgələrində artıq baş tutmuşdur.
Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən Rusiya DİN bütün seçici məntəqələrində sabitliyin təmin olunmasına nəzarət edir. Müşahidəçilər seçicilərin yüksək fəallğını vurğulayırlar.
Perovsk seçki dairəsinin 12 məntəqəsində müşahidəçi kimi iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səsvermə normal şəraitdə gedir və hələlik heç bir qanun pozuntusu qeydə alınmamışdır. O demişdir ki, müşahidəçilər səsvermə başa çatdıqdan sonra seçki qutularının açılmasında və səslərin ilkin hesablanmasında iştirak edəcəklər. Sonra seçkilərin gedişi haqqında hesabat hazırnaraq, ümumiləşdirilmək üçün MDB-nin İcraiyyə Komitəsinə təqdim olunacaqdır.