İDMAN
RUSİYADA TƏDAVÜLƏ YENİ BANKNOTLAR BURAXILIR
Yeni əskinaslar buraxmaqdan əsas məqsəd pulların qorunma keyfiyyətini yaxşılaşdırmaqdır. Təzə pulları köhnələrdən baxış bucağından asılı olaraq, rəngini dəyişən xüsusi naxışa görə ayırmaq mümkündür. Bundan əlavə, yeni rubllarda maqnit lenti də var.
Dəyəri 100 rubldan yuxarı olan əskinaslarda lazerlə deşiklər açılmışdır. Onların nominalları kiçik deşiklərdən ibarətdir. 1000 rublluq əskinasda isə Yaroslavl şəhərinin gerbinin rənginin müxtəlif bucaq altında necə dəyişdiyini müşahidə etmək olar. Guman edilir ki, saxta pulkəsənlər bütün bu qorunma sədlərini dəf etməyə müvəffəq olmayacaqlar, çünki onlar bunun üçün lazımi avadanlıq əldə edə bilməyəcəklər.
Yeni banknotlar ABŞ dollarından daha yaxşı müdafiə olunmuşdur. Yeni əskinasları ilk öncə Tümen vilayətinin və 1997-ci ildə buraxılmış əskinasların ehtiyatlarının daha tez qurtaracağı regionların sakinləri görə biləcəklər. Moskva sakinləri yeni banknotları oktyabr-noyabr aylarında görəcəklər.
Rusiya Bankı bildirir ki, 2005-ci ilin sentyabrında 5000 rubl dəyərində əskinas da tədavülə buraxılacaq və onun dizaynı ölkənin şərq şəhərlərindən birinə həsr olunacaqdır.