İDMAN


RUSİYANIN FUTBOL VETERANLARI BAKIYA GƏLƏCƏK

AZƏRTAC xəbər verir ki, Bakı Futbol Federasiyası (BFF) və Gənclər, İdman və Turizm Baş İdarəsi dekabrın 24-də Bakı İdman Sarayında klub komanda birinciliyinin, paytaxt kuboku və çempionatının qalibi olmuş komandaların təntənəli mükafatlandırma mərasimini keçirəcəklər.

Mərasimdə il ərzində yarışların qalibi olmuş 24 komandanın baş məşqçisi və 500 futbolçusu müxtəlif hədiyyələrlə mükafatlandırılacaqdır.

Tədbir çərçivəsində paytaxtımıza gələcək keçmiş SSRİ-nin tanınmış futbolçuları, Olimpiya oyunlarının qalibləri ilə Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü də keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.