DÜNYA
RUSİYA ƏMƏK QABİLİYYƏTLİ VƏTƏNDAŞLARINI İTİRİR
O demişdir ki, hazırda ölkə əhalisinin 61 faizi, yəni 89 milyon nəfər əməkqabiliyyətlidir. Lakin, müxtəlif hesablamalara görə, əməkqabiliyyətli əhalinin illik azalma sürəti 50 min nəfərdən 1 milyon nəfərədək olacaqdır. İndi əməkqabiliyyətli əhalinin 50 faizi yaşı 35-i keçmiş adamlardır.
Ekspertlərin fikrincə, əməkqabiliyyətli yaşda ölənlərin sayının çox olması Rusiyada ən ciddi problemlərdən biridir. Son 10 ildə 20-29 yaş qrupunda ölüm halları 60 faizdən çox olmuşdur. Əsas səbəblər ürək-damar xəstəlikləri, bədbəxt hadisələr, zəhərlənmə və zədələnmə, qətllər və intiharlar, sosial cəhətdən təhlükəli yoluxucu xəstəliklər (qara ciyərin iltihabı, vərəm, QİÇS) və alkoholizmlə bağlıdır. Yeni doğulanların ancaq 20 faizini sağlam hesab etmək olar, məktəblilərin 50 faizi müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkir. Vərəmlə xəstələnənlərin sayı son 5 ildə 70 faiz artmışdır. 2002-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasının yekunlarına görə, Rusiya Federasiyasının daimi əhalisi 145,2 milyon nəfərdir. 1989-cu ilə keçirilmiş siyahıyalma ilə müqayisədə ölkə əhalisi 1,8 milyon nəfər azalmışdır. Bu, əsasən, ölənlərin sayının doğulanların sayından çox olması nəticəsində baş vermişdir.
İ.Zbarskaya bildirmişdir ki, BMT normativlərinə görə, Rusiya əhalisi qoca sayılır, çünki yaşı 65-i keçən şəxslər əhalinin ümumi sayının 13 faizini təşkil edirlər. Lakin Rusiya əhalisi dünya ölkələri arasında ən qoca əhali deyildir. Məsələn, İspaniya və İsveçdə yaşı 65-i keçənlər əhalinin 17 faizini təşkil edirlər. BMT normativlərinə görə, yaşı 65-i keçənlər əhalinin ümumi sayının 7 faizi qədər olduqda, əhali qoca sayılır.