DÜNYA
RUSİYA-AZƏRBAYCAN SƏRHƏDİNDƏ MƏHDUDİYYƏTLƏR REGİONU TERROR AKTLARINDAN TƏHLÜKƏSİZLƏŞDİRMƏK ZƏRURİLİYİ İLƏ BAĞLIDIR
O demişdir: “Rusiya-Azərbaycan sərhədindəki buraxılış məntəqəsində hərəkətin məhdudlaşdırılması haqqında qərar Azərbaycanla birlikdə qəbul edilib və bu, Azərbaycan vətəndaşlarının deyil, digər regionlardan olan şəxslərin sərhədi keçməsinə nəzarətin gücləndirilməsi ilə bağlıdır”. Onun sözlərinə görə, “bu qərar ölkələrimizin iqtisadi və siyasi münasibətlərinə, insanların əlaqələrinə qarşı yönəldilməmişdir”. A.Yakovenko bəyan etmişdir ki, “bu tədbirləri Moskvanın Azərbaycanda vəziyyətdən narahatlıq keçirməsinin təzahürü kimi qiymətləndirmək olmaz. Rusiya qətiyyən belə bir fikirdə deyildir ki, Azərbaycan terror təhlükəsi yaradır”.
Diplomat vurğulamışdır ki, regionu terror aktlarından maksimum təhlükəsizləşdirmək lazımdır. Bununla əlaqədar Rusiya bütün MDB ölkələri ilə məsləhətləşmələr aparır. Azərbaycanla sərhəddəki buraxılış məntəqələri yaxşlaşdırıldıqca və əlavə texnika qoyulduqdan sonra orada məhdudiyyətlər tədricən götürüləcəkdir.