DÜNYA


RUSİYA BMT TŞ-NİN ANTİTERROR KOMİTƏSİNİN SƏDRİ SEÇİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri Rusiya Federasiyası XİN-in informasiya və mətbuat departamentinə istinadla Moskvadan xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Antiterror Komitəsinə (ATK) Rusiyanın sədrlik etməsi haqqında BMT TŞ-nin qərarı bu ölkənin BMT-nin himayəsi ilə terror əleyhinə beynəlxalq əməkdaşlığın hər vasitə ilə möhkəmlənməsinə yönəldilmiş konstruktiv və ardıcıl xətt yeritməsinin, Komitənin işinə töhfəsinin qiymətləndirilməsi deməkdir.

Bu fikri Rusiya xarici işlər nazirinin müavini Y.Fedotov söyləmişdir. Onun fikrincə, Rusiya ATK sədri kimi BMT TŞ-nin bu orqanının daha səmərəli fəaliyyət göstərməsinə, onun regional təşkilatlarla əlaqələrinin möhkəmlənməsinə və genişlənməsinə, Komitənin antiterror sahəsində baş əlaqələndirici olması funksiyasını uğurla yerinə yetirməsinə kömək edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.