DÜNYA


RUSİYA DÖVLƏT DUMASI AVROPADAKI ADİ SİLAHLI QÜVVƏLƏR HAQQINDA MÜQAVİLƏNİ RATİFİKASİYA ETMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri Moskvadan xəbər verir ki, Rusiya Federasiyasının Dövlət Duması Avropadakı Adi Silahlar haqqında uyğunlaşdırılmış Müqaviləyə (AASQM) dair sazişi ratifikasiya etmişdir.

Sənəddə müqavilənin iştirakçısı olan ölkələrin ərazilərində adi silahların yerləşdirilməsini məhdudlaşdırmaq nəzərdə tutulur. İndiyədək AASQM-ni Avropanın 30-dək ölkəsi imzalamışdır.

Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçov parlamentin aşağı palatasının iclasında sənədi təqdim edərək demişdir ki, AASQM-nin ratifikasiyası Avropada adi silahlar sahəsində sabitliyin yüksəlməsinə təkan verəcək və NATO-nun genişlənməsinin Rusiyanın təhlükəsizliyinə mənfi təsirini zəiflədəcəkdir.

Rusiyanın müdafiə naziri Sergey İvanov da sazişin ratifikasiyası barədə öz rəyini bildirərək demişdir ki, “uyğunlaşdırılmış AASQM-nin bütün iştirakçılar tərəfindən ratifikasiya olunması və qüvvəyə minməsi Rusiyanın mənafelərinə cavab verir, ölkənin təhlükəsizliyinin qeyri-hərbi metodlarla möhkəmləndirilməsinə kömək edən mühüm müqavilə-hüquq vasitələrindən biridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.