DÜNYA


RUSİYA DÖVLƏT DUMASI KÜÇƏDƏ PİVƏ İÇMƏYİ QADAĞAN ETMİŞDİR

AZƏRTAC-ın Moskvadan aldığı xəbərdə deyilir ki, RF Dövlət Duması “Pivənin və onun əsasında hazırlanan içkilərin ictimai yerlərdə pərakəndə satışının və istehlakının məhdudlaşdırılması haqqında” qanun qəbul etmişdir. Onun qəbul olunmasına 411 deputat səs vermişdir.

Qanun müəlliflərinin sözlərinə görə, pivə satışının və istehlakının məhdudlaşdırılması “insanların, ilk növbədə, yetkinlik yaşına çatmayan vətəndaşların əxlaqının və sağlamlığının qorunmasına” yönəldilmişdir. Qanuna görə, uşaq tərbiyə, təhsil, tibb təşkilatlarında və onlara bitişik ərazilərdə, habelə yetkinlik yaşına çatmayan vətəndaşlara pivə və onun əsasında hazırlanan içkilər satılmasına yol verilmir.

Gələn il aprelin 1-dən isə küçələrdə, stadionlarda, bağ və parklarda, habelə ictimai nəqliyyatda və ictimai yerlərdə pivə istehlakı qadağan ediləcəkdir. Bu, pivə satışına icazə verilən ictimai iaşə obyektlərinə, pivənin və onun əsasında hazırlanan içkilərin pərakəndə satış yerlərinə aid deyildir.

Federal qanun rəsmən dərc olunduğu gündən 30 gün sonra, onun ictimai yerlərdə pivə istehlakına aid hissəsi isə gələn il aprelin 1-dən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.