İDMAN
RUSİYA FEDERAL TƏHLÜKƏSİZLİK XİDMƏTİ OLİMPİADADA QAYDA-QANUN YARADILMASINDA YUNANLARA KÖMƏK EDƏCƏK
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Afinada keçiriləcək 2004-cü ilin yay Olimpiya oyunlarında təhlükəsizliyin təmin olunmasında Yunanıstanın xüsusi xidmət idarələrinə əməli kömək göstərəcəkdir. Bunu RF FTX-nin direktoru Nikolay Patruşev bildirmişdir.
O demişdir: “FTX Olimpiadanın təhlükəsizliyi məsələləri ilə məşğul olacaqdır. Biz bu mövzunu yunanıstanlı tərəfdaşlarla ikitərəfli əsasda müzakirə etmişik. Həyata keçiriləcək bütün tədbirlər artıq planlaşdırılıb və biz onları yerinə yetirəcəyik”.
RF FTX-nin direktoru vurğulamışdır ki, Olimpiadanın təhlükəsizliyi məsələsi təkcə Yunanıstanın xüsusi xidmət idarələrinin işi deyildir, bu məsələ ilə bütün iştirakçılar məşğul olmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]