SİYASƏT
RUSİYA FEDERASİYASININ PREZİDENTİ VLADİMİR PUTİNİN ANDİÇMƏ MƏRASİMİ
RF Konstitusiya Məhkəməsinin sədri Rusiya Federasiyası Prezidentinin nişanını (ikibaşlı qartaldan və Georgi xaçı əks olunmuş medalyonlardan ibarət qızıl zəncir) V.Putinə təqdim etdikdən sonra Rusiya dövlətinin başçısı qısa nitq söyləmişdir. O, bəyan etmişdir ki, yaxın dörd ilin başlıca vəzifəsi artıq toplanmış olan potensialı yeni inkişaf enerjisinə çevirməkdən, insanların prinsipcə daha yaxşı həyat şəraitinə və rifahının yüksəlməsinə nail olmaqdan ibarətdir. Dövlət başçısı hər şeyə cavabdehdir və cavabdeh olacaqdır. Prezident Vladimir Putin nitqinin sonunda dedi: “Əvvəlki illərdə olduğu kimi, fəal, açıq və vicdanla işləyəcəyəm, milyonlarla insanın ümidlərini doğrultmaq üçün bacardığımı əsirgəməyəcək və əlimdən gələn hər şeyi edəcəyəm”.
Xatırladaq ki, Vladimir Putin cari ilin martında keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanmışdır.
Beləliklə, 2004-cü ildə V.Putin ikinci prezidentlik müddətinə seçilmiş və mayın 7-də Rusiya Federasiyasının Prezidenti vəzifəsinə rəsmən başlamışdır.