RƏSMİ XRONİKA
RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
Qroznı şəhərində törədilmiş partlayış barədə xəbər məni son dərəcə hiddətləndirdi. Biz bu amansız terror aktının qurbanı olmuş insanların, Çeçenistan Respublikasının Prezidenti Əhməd Qədirovun həlakından kədər hissi keçiririk.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, Rusiya Federasiyasının dost xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Biz terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 may 2004-cü il.