Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ

Hörmətli Vladimir Vladimiroviç,

Almaniyanın cənubunda baş vermiş aviasiya qəzası nəticəsində Başqırdıstan Hava Yollarına məxsus Tu-154 təyyarəsi sərnişinlərinin və heyətinin həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin