Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

RUSİYA FEDERASİYASININ ŞİMALİ OSETİYA-ALANİYA RESPUBLİKASININ PREZİDENTİ CƏNAB ALEKSANDR SERGEYEVİÇ DZASOXOVA

Hörmətli Aleksandr Sergeyeviç,

Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri Qafqazda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

8 fevral 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin