SİYASƏT


RUSİYA FEDERASİYASI FEDERAL TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN CƏNUB FEDERAL DAİRƏSİ ÜZRƏ REGİONAL SƏRHƏD İDARƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ ÖLKƏMİZDƏ OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, dekabrın 14-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Cənub Federal Dairəsi üzrə Regional Sərhəd İdarəsinin rəisi general-polkovnik Nikolay Lisinskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Görüşdə tərəflər Azərbaycan–Rusiya sərhədində və buraxılış məntəqələrindəki mövcud vəziyyətə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və digər qaçaqmalçılıq hallarına, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə, həmçinin mümkün inkişaf meyillərinə dair fikir mübadiləsi aparmışlar.

Sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Cənub Federal Dairəsi üzrə Regional Sərhəd İdarəsinin nümayəndə heyəti arasında işgüzar görüşün protokolu imzalanmışdır.

Rusiya sərhədçiləri ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı general-leytenant Elçin Quliyev bildirmişdir ki, bir il üçün əməkdaşlıq planını nəzərdə tutan sənədin imzalanması da məhz həmin münasibətlərin səviyyəsinin təzahürüdür. Bu plan əməkdaşlığımızın daha yüksək səviyyəyə qalxmasına təkan verir.

E.Quliyev demişdir ki, plan vətəndaşların sərhəd nəzarət-buraxılış məntəqələrindən gediş-gəlişini sadələşdirməyə, məlumat mübadiləsini genişləndirməyə imkan yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.