İDMAN


RUSİYA FUTBOL İTTİFAQININ PREZİDENTİVİTALİ MUTKO AZƏRBAYCAN XALQINI “NEFTÇİ”NİNQƏLƏBƏSİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİR

Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko Azərbaycan xalqını “Neftçi” komandasının Birlik Kuboku uğrunda mübarizədə qazandığı inamlı qələbə münasibətilə təbrik edir.

“Birlik çempionlarının kuboku-2006” uğrunda final oyununda komandamızın qələbəsindən dərhal sonra V.Mutko AZƏRTAC-ın müxbirinə qısa müsahibəsində demişdir ki, “Neftçi” finala haqlı olaraq çıxdı və bu oyun “əsl final” idi. Onun sözlərinə görə, “Neftçi” sadəcə olaraq əla idi və ümumən çox gözəl oyun nümayiş etdirdi. “Bu oyun maraqlı keçdi və “Neftçi” çox səlis və mütəşəkkil oynayırdı”. O, həmçinin qeyd etmişdir ki, “Neftçi” çox maraqlı futbolçuların oynadığı yaxşı, mütəşəkkil və intizamlı komandadır. “Neftçi”nin futbolçusu V.Borets Vitali Mutkoya xüsusilə böyük təsir bağışlamışdır: “Borets çox maraqlı oyunçudur, sol ayağı ilə qəribə oynayır və çox gözəl qol vurdu”. Mütəxəssis əlavə etmişdir ki, ümumiyyətlə, komanda sürətli və texnikalıdır, yaxşı futbol oynayır.

RFİ prezidenti habelə bildirmişdir ki, “Neftçi”nin oyununu iştirak etdiyi bir çox turnirlərdə çoxdan izləyir. “Ötən illə müqayisədə komanda bərkimişdir, onun oyununda böyük tərəqqi var. İdmanin bu növünə dövlətin yardımı və diqqəti hiss olunur. “Neftçi” uğurla Avropa futbolu oynayır, müdafiədən hücuma çox cəld və ustalıqla keçir, bu zaman yüksək intizamı, mütəşəkkilliyi saxlayır. Mən Azərbaycanı və Azərbaycan xalqını “Neftçi ” kimi komandası olması və Moskvadakı qələbə münasibətilə təbrik edirəm. Azarkeşləriniz də əladır, görün onlar nə qədərdir, nə qədər milli bayraq dalğalandırırlar. Fikrimcə, təkcə elə bundan ötrü turnirləri saxlamağa dəyər. “Neftçi” Birlik Kubokunun layiqli qalibi oldu. Yaxşı olardı ki, o, iri beynəlxalq turnirlərdə oynayıb qalib gəlsin”, deyə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko fikrini yekunlaşdırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.