İQTİSADİYYAT
RUSİYA İŞ ADAMLARI AZƏRBAYCANA GƏLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mətbuat konfransı aprelin 6-7-də hər iki ölkənin iş adamlarının iştirakı ilə Bakıda keçiriləcək I İqtisadi foruma həsr olunmuşdu.
Qeyd edilmişdir ki, Rusiyada Azərbaycana maraq böyükdür. İş adamları ölkəmizin iqtisadi potensialını, buradakı biznes mühitini, sərmayə qoyuluşu imkanlarını böyük diqqətlə öyrənirlər. Onların sırasında, əlbəttə, azərbaycanlı iş adamalrı da vardır. Soydaşlarımızı xalis kommersiyadan əlavə, həm də tarixi vətənlə əlaqə yaratmaq istəyi cəlb edir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən sonra iş adamlarının, ayrı-ayrı şirkətlərin marağı daha da artmışdır. Bütün bunları nəzərə alaraq ilk biznes-forumu məhz Azərbaycanda keçirməyi qərara almışıq. Bu ideyanı həmsədrləri Azərbaycan Respublikası Baş nazirinin müavini Abbas Abbasov, Rusiya Federasiyasının sənaye və energetika naziri Viktor Xristenko olan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya da dəstəkləmişdir. Forumda iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycanda sərmayə mühiti barədə məlumat verəcəkdir.
İntiqam Hüseynov və Natiq Ağamirov forumda iştirakı nəzərdə tutulan Rusiya şirkətləri və iş adamları barədə jurnalistlərin suallarına cavab vermişlər.