RUSİYA MƏŞQÇİLƏRİ AZƏRBAYCAN GİMNASTLARINA TƏZƏ HƏRƏKƏT ÖYRƏDƏCƏKLƏR
AzerTAg.az
Rusiyanın bədii gimnastika üzrə yığma komandasının məşqçiləri Natalya Laşşinskaya və İnna Bıstrova yanvarın 12-də Bakıya gəlmişlər. Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda olacaqları 5 gün ərzində məşqçilər Azərbaycanın qrup komandasına bir yeni hərəkət öyrədəcəklər. Söhbət iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında 5 cüt gürzlə çıxış edəcək 6 yeniyetmə gimnast qızdan ibarət qrupdan gedir.
Rusiya məşqçiləri 8 gimnastın - Nigar Mirzəyeva, Əzizə Səlimbəyova, Esmira Orucova, Aelita Xələfova, Cəmilə Hüseynova, Nərgiz Əliyeva, Ceyla Quliyeva və Günel Ağayevanın çıxışlarını izləyəcəklər.
N.Laşşinskaya yanvarın 15-16-da yerli məşqçilər üçün seminar da keçirəcəkdir. Seminar bədii gimnastikada bu ildən qüvvəyə minən yeni qaydalara həsr olunacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var