DÜNYA


RUSİYA MOLDOVADAN VƏ GÜRCÜSTANDAN QOŞUNLARINI ÇIXARMAYINCA, NATO UYĞUNLAŞDIRILMIŞ AASQM-Nİ RATİFİKASİYA EDƏ BİLMƏZ

AZƏRTAC-ın İTAR-TASS Agentliyindən aldığı xəbərdə deyilir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Adam Ereli bəyan etmişdir ki, bütün NATO üzvlərinin mövqeyinə görə, Rusiya 1999-cu il tarixli İstanbul razılaşmalarını yerinə yetirməyincə, onlar Avropadakı Adi Silahlı Qüvvələr haqqında uyğunlaşdırılmış müqaviləni (AASQM) ratifikasiya edə bilməzlər. Bunu Vaşinqtonda xarici jurnalistlərlə görüşdə Ereli uyğunlaşdırılmış AASQM-nin Rusiya Dövlət Duması tərəfindən ratifikasiya olunmasını şərh etmək barədə agentliyin müxbirinin xahişinə cavab verərəkən açıqlamışdır.

Amerika diplomatı Rusiya parlamentinin aşağı palatasının bu addımını alqışlamış və onu belə niyyətin nümayiş etdirilməsi kimi səciyyələndirmişdir ki, Birləşmiş Ştatlar və onun NATO üzrə müttəfiqləri kimi, Rusiya da AASQM barəsində eyni öhdəliklərə tərəfdardır. O demişdir: Lakin Vaşinqtonun nöqteyi-nəzərincə məsələnin mahiyyəti Rusiya hərbi qüvvələrinin Gürcüstan və Moldovadan çıxarılmasından ibarətdir.

Rusiyanın müdafiə naziri Sergey İvanov isə iyunun 25-də bəyan etmişdir ki, Rusiyanın Gürcüstan ərazisindəki iki hərbi bazası uyğunlaşdırılmış AASQM-nin mövzusu deyildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.