İQTİSADİYYAT


RUSİYA MÜƏSSİSƏLƏRİ AZƏRBAYCANDA TƏRƏFDAŞ TAPACAQLARINA ƏMİNDİRLƏR

Heydər Əliyev adına İdman-Konsert Kompleksində X Beynəlxalq Qida Sənayesi Sərgisi açılmışdır. İştirakçılar sırasında Rusiya qida sənayesini təmsil edən şirkətlər və firmalar da vardır.

Rusiya Federasiyasının ölkəmizdəki səfiri Nikolay Ryabov AZƏRTAC-ın müxbirinə demişdir ki, son illər Bakı beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. Həmin tədbirlərdə Rusiya nümayəndələri yaxından iştirak edirlər. Bu canlanma bir müddət əvvəl keçirilmiş “Azərbaycan-Rusiya ticari-iqtisadi münasibətləri: onların inkişafının tendensiya və perspektivləri” forumunun ruhuna uyğundur. Rusiya Mərkəzi Asiya dövlətləri üçün mühüm ticari-iqtisadi tərəfdaşdır, hökumət ikitərəfli münasibətlərə ciddi diqqət yetirir.

Hazırkı sərgidə müəssisələrimiz maraqlı məhsullarla təmsil olunmuşlar. Bu müəssisələrin bir çoxu beynəlxalq aləmdə, dünya bazarında yaxşı tanınır. Ümid edirik ki, sərgi onlara yeni əlaqələr yaratmaqda, tərəfdaşlar tapmaqda kömək edəcəkdir.

Sərgidə yerli müəssisələrin nümayəndələri rusiyalı həmkarlarının stendlərinə böyük maraq göstərirlər. Bu stendlərdə çeşidli məhsullar nümayiş etdirilir. Məsələn, Miass maşınqayırma zavodu qənnadı və pivəbişirmə avadanlığı, peçenye, qalet, kreker istehsal xətləri, mini pivə zavodları, “Aromadon” MMS (Rostov) hər növ kolbasa məmulatları, ət delikatesləri, qida məhsulları üçün ədviyyat qarışıqları, dad-aromatik əlavələri təklif edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.