DÜNYA
RUSİYA MÜFTİLƏRİ POQONLU DİN XADİMLƏRİNƏ QARŞI ÇIXIRLAR
AZƏRTAC xəbər verir ki, “Kommersant” qəzetinin yazdığına görə, Müftilər Şurasının martın 11-də açıqlanan bəyanatında hərbi din xadimləri təsisatının tətbiq edilməsi planı Rusiya cəmiyyətinin mənafeyinə zidd addım adlandırılmışdır. Sənəddə deyilir ki, orduda din xadimləri təsisatının kobud şəkildə tətbiq edilməsi öz tərkibinə görə çoxkonfessiyalı rus ordusunun, bütövlükdə, cəmiyyətin taleyi üçün ağır nəticələr verə bilər.
Şura bildirir ki, Rus Pravolslav Kilsəsindən (RPK) savayı, heç bir konfessiya həmin layihəni dəstəkləmir. Bundan əlavə, RPK-dən başqa heç yerdə müzakirə olunmayan bu layihə orduda yalnız pravoslav və müsəlman konfessiyalarının, - özü də birincinin açıq üstünlüyü ilə, - din xadimlərinin cəlb edilməsini nəzərdə tutur.
Xatırladaq ki, hərbi din xadimləri təsisatının tətbiqi orduda qoluzorluluqla mübarizə tədbiri kimi bir neçə baş idarə, o cümlədən Müdafiə Nazirliyi, Baş Prokurorluq və Baş Hərbi Prokurorluq nümayəndələri tərəfindən təklif olunmuşdur.