DÜNYA
RUSİYA MÜFTİLƏR ŞURASI MOSKVADA QAFQAZLILAR ÜÇÜN MƏSCİD TİKİLMƏSİNƏ KÖMƏK GÖSTƏRƏCƏK
Onun fikrincə, hazırda Rusiya paytaxtında bir milyondan artıq müsəlmanın yaşadığı nəzərə alınarsa, Moskvanın ərazi dairələrinin hər birində azı bir məscid olmalıdır. RMŞ-nin başçısı qeyd etmişdir ki, Moskvada indiki kimi altı deyil, onlarca məscid fəaliyyət göstərməlidir.
Şimali Qafqaz müsəlmanlarının Əlaqələndirmə mərkəzinin icraçı direktoru Şafiq Pşixaçovun dediyinə görə, Şimali Qafqaz müsəlmanlarının ruhani mərkəzi təxminən 500-700 nəfər sığan məsciddən, bir neçə ofisdən və yardımçı binadan ibarət olacaqdır. O bildirmişdir ki, “əvvəllər Moskvanın müsəlman icmasında tatarlar üstünlük təşkil edirdilərsə, indi bu, çoxmillətli icmadır və Moskvada yaşayan biz qafqazlılar, moizələri hamımızın ünsiyyət vasitəsi olan rus dilində dinləmək istərdik”.