SİYASƏT


RUSİYA NƏQLİYYAT NAZİRLİYİNİN XƏBƏRDARLIĞI AZƏRBAYCANA AİD DEYİLDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın Nəqliyyat Nazirliyi MDB ölkələri aviasiya şirkətlərinə borclarına görə onların təyyarələrinə Rusiya Federasiyasının hava məkanında aeronaviqasiya xidmətinin dayandırılmasının mümkünlüyü barədə xəbərdarlıq etmişdir. Bununla əlaqədar havada hərəkətin planlaşdırılması və tənzimlənməsi Baş Mərkəzi MDB ölkələrinin aviasiya rəhbərliyini xəbərdar etmişdir ki, borclar ödənilməsə, Ermənistan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Birliyin digər ölkələrinin aviaşirkətləri təyyarələrinin uçuşlarına aeronaviqasiya xidmətini oktyabrın 1-dən dayandırır.

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Rusiyadakı rəsmi nümayəndəsi Eldar Hacıyev AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Rusiya nazirliyinin xəbərdarlığı Azərbaycana, o cümlədən Dövlət Konserninə əsla aid deyildir. O demişdir ki, uçuşlara aeronaviqasiya xidmətinə görə bütün borcların ödənilməsi müddəti ötən il üç il müddətinə uzadılmışdır. O vaxtdan bəri “Azərbaycan Hava Yolları” Dövlət Konserni cari xərcləri hər ay ödəyir və buna görə də RF Nəqliyyat Nazirliyinin həmin qərarı Azərbaycanla Rusiya arasında hava əlaqəsinə şamil edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.