DÜNYA


RUSİYA PREZİDENTİNİN İSTANBULA GETMƏMƏSİ NATO İLƏ MÜNASİBƏTLƏRLƏ BAĞLIDIR

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin NATO-nun bazar ertəsi İstanbulda açılacaq zirvə toplantısına getməyəcəkdir. AZƏRTAC İnterfaks Agentliyinə istinadla xəbər verir ki, Rusiya dövləti başçısının NATO zirvə toplantısında iştirak etməməsi haqqında qərar Rusiya ilə Avratlantika İttifaqı arasında qarşılıqlı münasibətlərin xarakteri nəzərə alınaraq qəbul olunmuşdur.

Bunu Rusiya xarici işlər nazirinin müavini Vladimir Çijov iyunun 25-də Moskvada keçirilən mətbuat konfransında açıqlamışdır. O demişdir: “Bu qərar həm NATO ilə qarşılıqlı münasibətlərimizin xarakteri ilə, həm də digər səbəblərlə bağlı bir sıra amillər nəzərə alınmaqla qəbul edilmişdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.