İDMAN


RUSİYA TENNİSÇİSİNƏ FRANSADA 8 AY HƏBS CƏSASI KƏSİLMİŞDİR

AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, iyunun 7-də Parisin Apellyasiya məhkəməsi Rusiya tennisçisi Andrey Çesnokova “vergi ödəməkdən yayındığına görə” 8 ay şərti həbs cəsası və 7,5 min avro məbləğində cərimə kəsmişdir.

Məhkəmə hesab edir ki, Çesnokov 1994-95-ci ildə Fransada olarkən iri məbləğdə pulu vergi orqanlarından gizlətmişdir. Lakin tennisçinin özü bu ittihamı dəfələrlə rədd etmişdir. 2000-ci il sentyabrın 22-də Paris məhkəməsi təxminən 1,5 milyon avroluq məbləğdən gəliri gizlətməkdə Çesnokovu təqsirli bilmiş və ona iki il şərti həbs cəzası və 30 min 400 avro cərimə kəsmişdi. Onda Çesnokov jurnalistlərə demişdi ki, “hökm səhvən çıxarılmışdır”.

2003-cü il aprelin 2-də Parisdə işə təkrarən baxıldıqda (prosesdə idmançının özü də iştirak edirdi) məhkəmə əvvəllər irəli sürülmüş ittihamı onun üzərindən götürmüş və etiraf etmişdi ki, Çesnokovun vergini Rusiyada ödəməyə haqqı vardı.

Lakin Fransanın vergi idarəsi işi yenidən qaldırmış və bu dəfə qalib gəlmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.