DÜNYA


RUSİYA VƏ TÜRKİYƏ QAFQAZDA VƏZİYYƏTİ SABİTLƏŞDİRMƏK ÜÇÜN ÖZ TƏDBİRLƏRİNİ RAZILAŞDIRACAQLAR

Türkiyədə səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Sergey Razov dekabrın 10-da Moskvaya yola düşməzdən əvvəl jurnalistlərə bildirmişdir ki, Rusiya və Türkiyə “Qafqazda, o cümlədən Gürcüstanda vəziyyəti sabitləşdirmək üçün paralel fəaliyyət göstərəcək və öz tədbirlərini razılaşdıracaqlar. Ölkələrimiz hazırda radikal hadisələr baş verən Qafqaz regionunda sülhün qorunub saxlanmasında və möhkəmlənməsində maraqlıdırlar”.

AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, bir gün əvvəl S.Razov Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül ilə görüşmüşdür. Danışıqlarda tərəflər Rusiya-Türkiyə münasibətlərini, Qafqaz regionunda, o cümlədən Gürcüstanda vəziyyəti müzakirə etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.