RUSİYA XƏZƏR DƏNİZİNDƏ XARİCİ QÜVVƏLƏRİN YERLƏŞDİRİLMƏSİ ƏLEYHİNƏDİR
Rusiya xarici siyasət idarəsinin başçısı onu da bildirmişdir ki, hər bir Xəzəryanı dövlətə təhlükəsizliyini və iqtisadi fəaliyyətini təmin etmək üçün dəniz zolağı gərəkdir. Rusiya 15 millik zona təklif edir, lakin bu zonanın hüdudlarından kənardakı sahə ümumi istifadədə olmalıdır. Nazirin sözlərinə görə, 15 millik zona hər bir ölkənin yurisdiksiyasında olub, sahəsi 10 mildən çox təşkil etməyən Xəzəryanı dövlətlərin payını genişləndirəcəkdir. Onun fikirincə, 15 millik zona hər bir sahilyanı dövlətin balıq ovunun sığorta həcmini təmin etmək üçün kifayətdir.
Sergey Lavrov Xəzərdə təhlükəsizliyin təmin olunması məsələsinə dair öz ölkəsinin mövqeyini ifadə edərək bildirmişdir ki, Rusiya Xəzərdə üçüncü tərəflərin hərbi qüvvələrinin yerləşdirilməsi əleyhinədir. Xəzəryanı dövlətlərə məxsus olmayan hərbi qüvvələrin yerləşdirilməsi prinsipi bəzi qeyri-regional dövlətlərin hərbi baxımdan fəallaşması ilə aktuallaşır və region ölkələri əcnəbi hərbçiləri dəvət etsələr, çox şey itirərlər. Rusiya Xəzərin hərbsizləşdirilməsini də yolverilməz sayır, çünki bu indiki gerçəkliyə cavab vermir və Xəzəryanı dövlətləri yeni təhdidlər qarşısında tərksilah etmək deməkdir”.