RÜSTƏM QASIMCANOV ŞAHMAT ÜZRƏ DÜNYA ÇEMPİONUDUR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, özbək Rüstəm Qasımcanov Liviyanın paytaxtı Tripolidə başa çatan şahmat üzrə dünya çempionatında qalib gəlmişdir. O, “tay-breyk”də ingilis Maykl Adamsı 1,5:0,5 hesabı ilə məğlubiyyətə uğratmışdır. Ümumi hesab isə 4,5:3,5 olmuşdur.
Beynəlxalq Şahmat Federasiyası (FİDE) nokaut sistemi deyilən yeni sistem üzrə dünya çempionatlarını 1998-ci ildən keçirir. O vaxtdan bəri çempion adını rusiyalılar Anatoli Karpov və Aleksandr Xalifman (1999-cu il), hindistanlı Vişvanatan Anand (2000) və ukraynalı Ruslan Ponomaryov (2002) qazanmışlar.
İndiki dünya birinciliyinin mükafat fondu 1,5 milyon dollardan çoxdur. Finalçılar azı 70 min dollar, dünya şahmat tacının yeni sahibi isə 100 min dollar alacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var