DÜNYA


RWE və E.ON: rəqabətdən tərəfdaşlığa doğru

Berlin, 18 sentyabr, AZƏRTAC

Avropa Komissiyası AFR-in elektrik enerjisi bazarının əsaslı şəkildə yenidən qurulmasına “yaşıl işıq” yandırıb.

AZƏRTAC Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestagerə istinadla xəbər verir ki, Brüssel RWE və E.ON enerji konsernləri arasında əməkdaşlıq haqqında ətraflı sazişə dəstək göstərəcək.

Saziş nəticəsində elektrik şəbəkələrinin idarə olunması və məhsulun Almaniya bazarında reallaşması RWE-nin sərəncamına keçəcək, E.ON konserni isə öz diqqətini bərpa olunan elektrik enerjisində cəmləşdirəcək.

Beləliklə, Almaniya bazarı energetika sahəsində rəqabətdən qurtulur. RWE və E.ON Brüsselin xeyir-duası ilə rəqiblərdən tərəfdaşlara çevrilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.