MƏDƏNİYYƏT
Rabatda UNESCO-nun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü qeyd olunub
Rabat, 24 fevral, AZƏRTAC
Rabat şəhərində Mərakeş Krallığının Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutu və Məğrib ölkələri üzrə UNESCO-nun Regional Bürosunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş mədəni tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin dəstəyi ilə Rabatda yaşayan azərbaycanlı məktəblilər Rəvan Məmmədbəyli, Fərid Ağazadə və Elçin Əlizadə tərəfindən Xalq şairi Səməd Vurğunun “Azərbaycan” və Abbas Səhhətin “Vətən” şeirləri doğma dildə səslənib, Fərəhnaz Məmmədbəyli tərəfindən “Sarı gəlin” Azərbaycan xalq rəqsi ifa edilib.
Tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutunun rektoru Əhməd Bukus Azərbaycan təmsilçilərinin ifasından böyük zövq aldığını qeyd edərək, onların tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]